18 yaşadək qızlar arasında keçirilən voleybol üzrə Avropa çempionatının 2-ci seçmə mərhələsində növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, E qrupunda yer alan Azərbaycan millisi ikinci oyununda Portuqaliya yığmasına hər 3 setdə uduzub - 0:3 (13:25, 7:25, 12:25). Dünən Rusiya ilə qarşılaşmış komandamız o oyundan da 0:3 hesablı məğlubiyyətlə ayrılmışdı.

