Qadın və kişi voleybolçular arasında Avropa Liqasının püşkü atılıb. Sportinfo.az xəbər verir ki, bu il baş tutacaq yarışda Azərbaycan təmsil olunmayacaq. Avropa Liqasında kişilərdən ibarət yığmamızın iştirakı gözlənilsə də, qərar son anda dəyişdirilib. Yarışın son qalibi olan qadın voleybolçularımızın isə turnirə qatılmayacağı öncədən bəlli idi. Avropa Liqasının yeni mövsümündə 12 qadın, 7 kişi yığması gücünü yoxlayacaq

