“Neftçi”yə məğlub oldular, çempionluq taxtına əyləşdilər

21 Aprel 2022 03:00 Voleybol 745
“Neftçi”yə məğlub oldular, çempionluq taxtına əyləşdilər

Kişi voleybolçular arasında Yüksək Liqada 2021/22 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, XX turun matçları “Murov” Voleybol Klubunun idman zalında baş tutub.

Bu turadək bütün komandaların turnir cədvəlindəki mövqeyi müəyyənləşdiyindən sonuncu tur formal xarakter daşıyıb.

Günün ilk görüşündə qızıl və gümüş mükafatçı üz-üzə gəlib. “Murov” favorit sayıldığı qarşılaşmada “Neftçi”yə uduzub.

Mövsümün son matçında da turnir cədvəlindəki qonşular üz-üzə gəlib. Bürünc mükafatçı MOİK “Sərhədçi”ni məğlub etməkdə çətinlik çəkməyib.

Sonuncu yerin sahibi “Ekspress” ötən tur son görüşünü keçirib.

“Neftçi” - “Murov” - 3:2 (26:24, 25:17, 27:29, 20:25, 15:12)
“Murov” voleybol klubunun idman zalı

“Sərhədçi” – MOİK - 1:3 (27:25, 12:25, 23:25, 13:25)
“Murov” voleybol klubunun idman zalı

1

Murov

16

14

2

45-10

1341-1018

42

2

Neftçi

16

13

3

42-16

1375-1089

38

3

MOİK

16

9

7

31-24

1243-1153

28

4

Sərhədçi

16

2

14

10-43

938-1308

6

5

Ekspress

16

2

14

7-42

862-1192

6

Xəbər Lenti