Portuqaliya Bakıda Rumıniyanı məğlub etdi - Avropa çempionatı

04:10 Voleybol 56
Portuqaliya Bakıda Rumıniyanı məğlub etdi - Avropa çempionatı

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında Portuqaliya Rumıniyanı məğlub edib.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib. Günün ilk görüşündə Belçika Niderlandı eyni hesabla üstələyib.

C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda təşkil olunacaq. Hazırda Belçika seçməsi 13 xalla liderdir.

Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncü sıradadır. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti