Qadın voleybolçular arasında Çempionlar Liqasında II turun oyunları davam edir. Sportinfo.az-ın məlumatına görə, ilk turda “Dabrova Qornitsa”nı (Polşa) məğlub edən “Azərreyl” bu dəfə Türkiyədə “Fənərbağça”nın qonağı olub. İstanbulda keçirilən oyun Azərbaycan çempionu üçün biabırçı məğlubiyyətlə yekunlaşıb.
İlk setdə rəqibindən sadəcə 12 xal almağı bacaran "dəmiryolçular", ikinci hissədə nisbətən fəallaşıblar. Lakin Famil Ağayevin yetirmələrinin gücü sadəcə 19 xala çatıb. Üçüncü və həlledici set isə əsl fiasko olub. "Sarı bülbüllər" təmsilçimizə sadəcə 9 xal qazanmağa imkan veriblər.
C qrupu
“Fənərbağça” (Türkiyə) – “Azərreyl” (Azərbaycan) 3:0 (25:12, 25:19, 25:9)
Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simone Santi (İtaliya)
İstanbul. Burhan Felek Voleybol Salonu
Fənərbağça 2 2 0 6-0 150-103 6
Dabrova Qornitsa 2 1 1 4-4 189-173 3
Azərreyl 2 1 1 3-4 133-169 3
Sen-Rafael 2 0 2 1-6 143-170 0

