Millimiz Avropa çempionatı üçün Rumıniyaya ayaq basdı

12 Yanvar 2017 00:16 Voleybol 668
Millimiz Avropa çempionatı üçün Rumıniyaya ayaq basdı

Bu gün 18 yaşadək voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsinə start veriləcək. Sportinfo.az-ın məlumatına görə, Azərbaycan millisinin yer aldığı E qrupunun matçları Rumıniyada keçiriləcək. Vüqar Əliyevin başçılıq etdiyi komanda yanvarın 12-15-də Ploisti şəhərində Rusiya, Rumıniya və Portuqaliya ilə oynayacaq.

Komandamızın finala yüksəlməsi heç də asan olmayacaq. Çünki şimal qonşularımız qrupun favoritləri hesab olunduğu halda, ev sahibləri ikinci yerə iddia edəcək. Lakin U-18-də yer alan voleybolçularımızın Super Liqada “Lokomotiv” adı altında oynadığını nəzərə alsaq, sensasiya gözləməyə dəyər. Artıq Rumıniyaya yollanan komandamız bunun üçün ilk turda Rusiyaya gücünü göstərməlidi.

Əgər onlar bunu bacarsa, ardınca Portuqaliya və Rumıniyanı da məğlub edə bilərlər. II seçmə mərhələdə 32 ölkə hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. İlk pillənin və 3 ən yaxşı ikinci yerlərin sahibləri final mərhələsinə yüksələcək. Burda onları apreldə həlledici oyunlara ev sahibliyi edəcək Hollandiya gözləyir.

12 yanvar
22:00. Rusiya - Rumıniya

13 yanvar
17:00. Azərbaycan - Rusiya
19:30. Rumıniya - Portuqaliya

14 yanvar
17:00. Portuqaliya - Azərbaycan

15 yanvar

17:00. Portuqaliya - Rusiya
19:30. Rumıniya - Azərbaycan

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti