Millimiz Serbiyaya da uduzdu - Avropa çempionatında

24 Avqust 2021 23:40 Voleybol 891
Millimiz Serbiyaya da uduzdu - Avropa çempionatında

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı dördüncü sınağında Serbiya ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 22:00-da başlayan qarşılaşma millimiz üçün uğursuz alınıb. Voleybolçularımız bu dəfə də bütün setləri məğlub başa vurublar.

Azərbaycan millisi A qrupundakı əvvəlki oyunlarında Belçika, Bosniya və Herseqovina və Rusiyaya da 0:3 hesabı ilə uduzmuşdu. Xalı olmayan yığmamız sonuncu - 6-cı pillədə qərarlaşıb.

Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk.

24 avqust

Azərbaycan - Serbiya 0:3 (17:25, 20:25, 19:25)

Xəbər Lenti