İtaliyanın “Konegliano” voleybol klubu heyətini gücləndirib. Sportinfo.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində “Telekom”un rəqibi olan A seriyasının qalibi ABŞ millisinin hücumçusu Nikol Fausettlə anlaşıb.
Türkiyənin “Sarıyer” klubundan transfer olunan 31 yaşlı oyunçu mövsümün sonunadək müqavilə bağlayıb. Fausett 2012/2013 mövsümündə Azərbaycanın “Lokomotiv” klubunun da hədəfinə düşmüşdü. Lakin həmin vaxt hücumçu Bakı təmsilçisinin irəli sürdüyü şərtlə razılaşmamışdı.

