Şahin Bağırov klubun üzləşdiyi maliyyə problemi ilə bağlı ümidverici söz demədi

29 Dekabr 2023 08:40 Voleybol 1 354
Şahin Bağırov klubun üzləşdiyi maliyyə problemi ilə bağlı ümidverici söz demədi

"Heç bir komandaya qarşı ayrı-seçkilik etmirik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.

O bildirib ki, federasiyaların əsas məqsədi komandalara dəstək göstərməkdir:

"Xarı Bülbül" komandasının yaxşı tarixçəsi var. Federasiyanın mövqeyi bəllidir.

Hər komanda çempionatın əvvəlində mövsümə hazır olmalıdır. Yüksək Liqada oynayan kollektivlərə şərait yaradırıq.

Bəzi işlərdə kömək göstəririk. Amma iqtisadi məsələləri özləri planlaşdırırlar".

Vitse-prezident Bəhruz Quliyev isə "Xarı Bülbül" klubunun mövsümün əvvəlində onlara təsdiqedici sənəd təqdim etdiyini söyləyib: "Biz öz gücümüzdən istifadə edərək müəyyən kömək göstəririk".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada