Azərbaycan millisi bu çempionatda 4 oyun keçirəcək

29 Dekabr 2023 03:00 Voleybol 15 226
Azərbaycan millisi bu çempionatda 4 oyun keçirəcək

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, yarış 2024-cü il 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək.

Millimiz orada 4 oyun keçirəcək.

11 yanvar
23:00. Azərbaycan - Estoniya

12 yanvar
20:00. Azərbaycan – Ukrayna

13 yanvar
23:00. Azərbaycan – Latviya

14 yanvar
20:00. Azərbaycan – Polşa

Yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər Lenti