Türkiyə millisindən qayıdan futbolçuda koronavirus aşkarlandı

20 Noyabr 2020 22:00 Türkiyə 409
Türkiyə millisindən qayıdan futbolçuda koronavirus aşkarlandı

“Başakşəhər”in kollektivi koronavirus testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, testlər nəticəsində bir futbolçuda koronavirus aşkarlanıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə Türkiyə millisindən dönən futbolçulardan birinin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Amma həmin oyunçunun adı açıqlanmayıb.

Türkiyə millisinin son toplanışına “Başakşəhər”dən dörd yarımmüdafiəçi – Berkay Özcan, Deniz Türüç, İrfan Can Kahveci və Mahmut Tekdemir dəvət edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti