“Bu, bizə yaraşmadı, dünya qarşısında biabır olduq” - “Qalatasaray”ın prezidenti

9 Aprel 15:20 Türkiyə 831
“Bu, bizə yaraşmadı, dünya qarşısında biabır olduq” - “Qalatasaray”ın prezidenti

“Qalatasaray” prezidenti Dursun Özbek Türkiyə Superkubokunun yarımçıq qalan matçından sonra jurnalistlərə danışıb.

Sportinfo.az xəbər verir ki, o, ölkə futbolunun biabırçı duruma düşdüyünü bildirib:

“Üzülərək demək istəyirəm ki, bu durumu gözləmirdik. Şanlıurfadakı azarkeşlərə derbi izlətməkdənsə, mənasız şeylər yaşadıq.

Çox önəmli kubokdur və 100 illiyə həsr edilmişdi. Burdan gələn gəlirlər də zəlzələ qurbanları üçün sərf olunacaqdı.

Dünya qarşısında biabır olduq. “Fənərbaxça” və “Qalatasaray” kimi klubların vəzifəsi daha böyükdür.

Tarixə biabırçı şəkildə düşən bir finaldır. Nə rəqibə, nə də bizə yaraşmadı”.

Bu addıma səbəb “Fənərbaxça” prezidenti Ali Koçun Türkiyə futbolunun idarəçilərinə etiraz etməsidir.

O, hakim təyinatlarına və “Trabzonspor” oyununda baş verənlərə görə Türkiyə Futbol Federasiyasına etirazını bu şəkildə bildirib.

Digər Xəbərlər
Xəbər Lenti