Klub prezidenti: "Türkiyə futbolu Azərbaycanın səviyyəsindən aşağı düşəcək"

8 İyul 2020 15:04 Türkiyə 909
Klub  prezidenti: "Türkiyə futbolu Azərbaycanın səviyyəsindən aşağı düşəcək"

"Türkiyə futbolu çox ciddi qan itirir".

Sportinfo.az xəbər verir ki, bunu "Fatih Karagümrük"ün prezidenti Süleyman Hurma deyib.

Birinci liqa təmsilçisinin rəhbəri Türkiyə futbolunun hazırkı durumuna münasibət bildirib. O, ölkə futbolunun Azərbaycan səviyyəsinə düşəcəyini proqnozlaşdırıb:

"Önümüzdəki illərdə Türkiyə futbolu İran və Azərbaycan futbolunun səviyyəsindən də aşağı düşəcək. Bacardığımız tək şey əcnəbi limitini gündəmə gətirməkdir.

Əcnəbi limiti 100 min avroluq türk futbolçularının qiymətinin 2 milyon avroya yüksəlməsinə səbəb olacaq. Problem ondadır ki, biz idarəçiliyi bacarmırıq".

Digər Xəbərlər
Xəbər Lenti