“Fənərbaxça”nın sabiq futbolçusu qəzaya düşdü

1 İyun 2020 01:52 Türkiyə 529
“Fənərbaxça”nın sabiq futbolçusu qəzaya düşdü

“Dijon”un futbolçusu Yassin Benzia avtomobil qəzası keçirib.

Sportinfo.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi sol əlindən yaralanıb.

Fransa klubunun prezidenti Olivye Delkort, Benzianın əməliyyat olunduğunu və bir neçə gün xəstəxanada qalacağını bildirib.

Benzia “Dijon”dan əvvəl “Olimpiakos”, “Fənərbaxça”, “Lion”, “Lill” kimi klublarda da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti