Hamı can hayındadır, o da 74 yaşında iş istəyir

17 Aprel 17:45 Türkiyə 217
Hamı can hayındadır, o da 74 yaşında iş istəyir

Mirça Luçesku “Beşiktaş”ın rəhbərliyinə qayıdıb-qayıtmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, bu barədə o, Rumıniyada, “Digi Sport”a açıqlamasında bildirib.

“Beşiktaş”ın direktorluq təklifindən imtina etdim”, - deyə o bildirib.

74 yaşlı rumın məşqçi deyib ki, bir müddət idmandan kənarda qalacaq. “Futboldan bir az uzaq olmaq məcburiyyətində qaldım. Görək iyulda nə olacaq. Hazırda evdəyəm”, - deyə o əlavə edib.

Mətbuat bunu “Beşiktaş”ın Sergen Yalçını kluba texniki direktor vəzifəsinə gətirməsi ilə əlaqələndirir.

Xəbər Lenti