“Fənərbaxça" Yanalla son oyunu da uduzdu - VİDEO

4 Mart 2020 01:38 Türkiyə 761
“Fənərbaxça" Yanalla son oyunu da uduzdu - VİDEO

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, “Trabzonspor” öz meydanında “Fənərbaxça”nı qəbul edib.

Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. Fasilədən iki qol vuran meydan sahibləri görüşü qələbə ilə başa vurub. “Fənərbaxça” bu toplardan yalnız birinin əvəzini çıxa bilib.

İstanbul klubunun baş məşqçisi postundan istefa verən, bu qarşılaşmada sonuncu dəfə komandaya rəhbərlik edən Ərsun Yanal “sarı-lacivərdlilər”dən məğlubiyyətlə ayrılıb. Bu komandalar arasında cavab matçı aprelin 21-də baş tutacaq.

“Trabzonspor” – “Fənərbaxça” 2:1
Sorlot, 46, Novak, 66 – Muriqi, 82

Digər Xəbərlər
Xəbər Lenti