Bir aylıq baş məşqçi

20 Yanvar 2020 14:24 Türkiyə 1 628
Bir aylıq baş məşqçi

"Kasımpaşa" baş məşqçisi Tayfur Havutçu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis Superliqanın 18-ci turunda səfərdə “Trabzonspor”a 0:6 hesabıyla uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında istefa qərarını açıqlayıb.

“Kasımpaşa”ya ötən ayın əvvəlində baş məşqçi təyin olunan Havutçunun rəhbərliyi altında komanda 5 Superliqa matçına çıxıb və cəmi 1 qələbə qazanıb, 4 dəfə məğlub olub. 18 oyuna 15 xal yığan komanda 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti