"Beşiktaş" italiyalı üçün 2,1 milyon avro təzminat ödədi

30 Avqust 00:10 Türkiyə 583
"Beşiktaş" italiyalı üçün 2,1 milyon avro təzminat ödədi

"Beşiktaş" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi "Yuventus"dan Fabio Mirettini bir mövsümlük icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" italiyalı yarımmüdafiəçisi üçün Turin klubuna 2,1 milyon avro təzminat ödəyib. Klublar arasındakı anlaşmada 23 yaşlı futbolçu üçün satınalma bəndi yer alıb.

Fabio Miretti "Yuventus"un yetirməsidir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM