“Neftçi”yə lazım olmayan ulduzun yeni klubu var - FOTO

29 Avqust 17:20 Türkiyə 935
“Neftçi”yə lazım olmayan ulduzun yeni klubu var - FOTO

“Neftçi”nin sabiq ulduzu Vensan Abubakarın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını "Bodrumspor"da davam etdirəcək.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə təmsilçisi kaamerunlu oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Abubakar 2025-ci ilin oktyabrından bu ilin may ayınadək “Neftçi”nin formasını geyinib. O, “ağ-qaralar”ın heyətində 18 matça çıxaraq, 9 qol vurub.

"Bodrumspor" Türkiyə 1-ci liqasında 2 xalla 17-cidir.

Abubakarın yeni klubu müəyyənləşdi

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM