Karyerasını Türkiyə Super Liqasında davam etdirəcək - “Yuventus”un yarımmüdafiəçisi

15:20 Türkiyə 104
Karyerasını Türkiyə Super Liqasında davam etdirəcək - “Yuventus”un yarımmüdafiəçisi

“Yuventus”un yarımmüdafiəçisi Fabio Miretti karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu “Beşiktaş”a keçib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər mövsümün sonuna – 2027-ci ilin iyununa qədər olan icarə müqaviləsi imzalayıblar.

“Beşiktaş” bu icarəyə görə “Yuventus”a 2 milyon avro ödəyəcək. Müqavilədə Mirettinin 13 milyon avroya satın alınması ilə bağlı şərt də yer alıb.

Miretti “Yuventus”un yetirməsidir. 21 yaşlı yarımmüdafiəçi Turin klubunun əsas komandasında 86 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti