Portuqaliyalı vinger Rafael Leaonun “Qalatasaray”da qazanacağı məbləğ bəlli olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu 26 yaşlı futbolçunun transferi ilə bağlı “Milan”la razılığa gəlib.
Leao bu gün tibbi müayinədən keçəcək və “Qalatasaray”la müqavilə imzalayacaq.
Transferin məbləği 44 milyon avro təşkil edəcək. Razılaşmaya əsasən, “Milan” futbolçunun gələcək satışından 20 faiz pay da əldə edəcək.
Leaonun “Qalatasaray”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Portuqaliyalı futbolçu İstanbul klubunda mövsümə 12 milyon avro maaş alacaq.
“Qalatasaray” avqustun 29-da Türkiyə Super Liqasının 3-cü turunda “Göztəpə”ni qəbul edəcək. Qarşılaşma saat 22:30-da başlayacaq. Leaonun bu matçda debüt edib-etməyəcəyi məlum deyil.
