“Qalatasaray”ın prezidenti Dursun Özbək, rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun gələcəyi barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İstanbul klubunun 21 yaşlı futbolçunu gələcəkdə satmaq niyyətində olmadığını və onun uzun müddət komandada qalmasını istədiyini söyləyib:
“Ümid edirik ki, Aleksey uzun müddət “Qalatasaray”da oynayacaq və klubumuza şöhrət gətirəcək. Onun çox parlaq gələcəyi var və çox ümid edirəm ki, bu, bizimlə olacaq”.
Batrakov bu ilin yayında 25 milyon avroya “Lokomotiv”dən “Qalatasaray”a transfer olunub.
O, Türkiyə klubu ilə 5 illik müqavilə imzalayıb. Yarımmüdafiəçinin illik sabit maaşı 3,25 milyon avro olacaq və bonuslarla bu məbləğ 4 milyon avroya çata bilər.
