Rusun “Qalatasaray”a mümkün transferi ilə bağlı YENİ MƏLUMAT

18 Avqust 18:40 Türkiyə 679
Rusun “Qalatasaray”a mümkün transferi ilə bağlı YENİ MƏLUMAT

“Lokomotiv”in yarımmüdafiəçisi Aleksey Batrakovun “Qalatasaray”a mümkün transferi ilə bağlı yeni məlumat yayılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun artıq bu gün İstanbula uçacağı bildirilib.

Daha əvvəl bir neçə nüfuzlu mənbə “Qalatasaray”ın “Lokomotiv”lə Batrakovun transferi ilə bağlı razılığa gəldiyini təsdiqləyib.

Razılaşmaya əsasən, İstanbul klubu rusiyalı futbolçu üçün 25 milyon avro ödəyəcək. Daha 4 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.

Batrakov yeni mövsümdə “Lokomotiv”in heyətində bütün turnirlərdə 5 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Qalatasaray”ın prezidenti Dursun Özbek isə Batrakovla bağlı açıqlamasında “siyahımızdakı ilk ulduzu heyətimizə qatdıq” deyib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM