Məşhur argentinalı hücumçu ilə vidalaşdı - “Qalatasaray”

15:20 Türkiyə 115
Məşhur argentinalı hücumçu  ilə vidalaşdı - “Qalatasaray”

“Qalatasaray” argentinalı hücumçu Mauro İkardinin komandadan ayrıldığını rəsmən açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin mətbuat xidməti 33 yaşlı futbolçu ilə vida paylaşımı edərək onun klub tarixində xüsusi yer tutacağını vurğulayıb:

“Sənin irsin haqqında danışmaq istəyirik. Mauro, sən həmişə “Qalatasaray” azarkeşlərinin qəlbində yaşayacaqsan.

Klubumuza böyük sevgi ilə xidmət etdin və əbədi olaraq komandanın əfsanələri sırasında yer alacaqsan. Bu, heç vaxt unudulmayacaq”.

İkardinin “Qalatasaray”la müqaviləsinin müddəti bu yay başa çatıb. Argentinalı hücumçu hazırda azad agent statusu daşıyır.

O, İstanbul klubunun heyətində keçirdiyi 134 oyunda 77 qol vurub, 25 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti