“Qalatasaray”dan braziliyalını transfer etmək istəyir - Premyer Liqa mənsubu

8 Dekabr 2025 00:20 Türkiyə 758
“Qalatasaray”dan braziliyalını transfer etmək istəyir - Premyer Liqa mənsubu

"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara İngiltərəyə qayıda bilər.

Sportinfo.az xəbər verir ki, "Lids Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Football Insider" məlumat yayıb.

Premyer Liqa təmsilçisi Saranı yanvar ayında heyətinə qatmağa çalışacaq. İstanbul nəhəngi 26 yaşlı orta xətt oyunçusunu 20 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib.

"Sambaçı" bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"