Türkiyəli keçmiş hakim və şərhçi Ahmet Çakar saxlanılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılıb. Onunla birlikdə xanımı Hayriye Arzu Çakar da tutulub.
Qeyd edək ki, Ahmet Çakarla yanaşı bir neçə məşhur futbolçunun və klub idarəçisinin də saxlanıldığı bildirilib.
“Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş da mərc oyunlarına görə saxlanılıb.
Saxlanılanlar arasında “Adana Demirspor”un sabiq prezidenti Murat Sancak da var.
“Ankaraspor”un sahibi Ahmet Okatan və prezidenti Mehmet Emin Katipoğlu, “Nazilli Belediyespor”un prezidenti Şahin Kaya və onların iki məşqçisi şüphəli qismində saxlanılıb.

