“Atletiko”nun hücumçusu üçün rəsmi təklif göndərəcək

5 Dekabr 2025 18:20 Türkiyə 995
“Atletiko”nun hücumçusu üçün rəsmi təklif göndərəcək

“Atletiko”nun hücumçusu Aleksander Sörlotun karyerasını Türkiyə Super Liqasında davam etdirməsi gündəmə gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər gələn həftə danışıqlara başlaya bilərlər.

Adı açıqlanmayan Türkiyə klubu qış transfer pəncərəsində “Atletiko” yeni hücumçu ilə gücləndiyi təqdirdə, onlara rəsmi təklif təqdim edəcək.

Norveçli hücumçunun da Madrid klubundakı qeyri-sabit oyun praktikasına görə komandasını dəyişməyə müsbət yanaşdığı bildirilir. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü