“Beşiktaş” Ter Ştegeni icarəyə götürmək üçün rəsmi təklif göndərdi

20 Noyabr 2025 00:20 Türkiyə 763
“Beşiktaş” Ter Ştegeni icarəyə götürmək üçün rəsmi təklif göndərdi

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Türkiyə Super Liqasına yollana bilər.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Beşiktaş” Kataloniya klubuna almaniyalı qolkiperin icarəyə götürülməsi ilə bağlı rəsmi təklif göndərib.

İstanbul təmsilçisi bununla “Barselona”nın maaş büdcəsini yüngülləşdirməsinə yardım etməyi planlaşdırır.

“Beşiktaş” gələn ilin iyununda Ter Ştegeni 8 milyon avroya satınalma hüququnun da müqaviləyə daxil edilməsini istəyir.

33 yaşlı futbolçu cari mövsümdə hələ meydana çıxmayıb. O, yayda ağır zədə alıb və bərpa prosesinə davam edir. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti