“Qalatasaray”ın hücumçusu Mauro İkardi 2023-cü ilin yayında Səudiyyə Ərəbistanından gələn sərfəli təklifi rədd edib.
Sportinfo.az xəbər verir ki, argentinalı futbolçunun agenti Corc Qardi bunu “Fichajes”-ə açıqlamasında bildirib:
“İkardi üç illik və 120 milyon avronu aşan müqaviləni qəbul etməyib. Çünki azarkeşlərin sevgisini hiss edib və İstanbul klubunda qalmağa qərar verib”.
İkardinin PSJ-dən “Qalatasaray”a tam keçidi də elə həmin il rəsmiləşmişdi. Bundan sonra isə Yaxın Şərq liqasından təklif gəlib.
32 yaşlı futbolçu cari mövsümdə bəzən ehtiyatdan meydana daxil olsa da, Türkiyə çempionatında 11 oyunda 6 qol vurmağı bacarıb. Onun İstanbul klubu ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.

