Türkiyə Bolqarıstanı uddu, pley-off-a vəsiqə qazandı

16 Noyabr 00:00 Türkiyə 342
Türkiyə Bolqarıstanı uddu, pley-off-a vəsiqə qazandı

Türkiyə millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Bolqarıstanı 2-0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, bu nəticə ilə “ay-ulduzlular” qrupda ilk iki yerdən birini təmin edərək, pley-off mərhələsinə vəsiqə qazanıb.

Türkiyənin qollarını Hakan Çalhanoğlu (penalti) və bolqar oyunçu Atanas Çernev (avtoqol) vurub.

16-cı dəqiqədə Türkiyəyə penalti təyin edilib. Hakan Çalhanoğlu topu dəqiq yerinə yetirərək millini önə çıxarıb.

83-cü dəqiqədə ikinci qol vurulub: Hakanın zərbəsi nəticəsində top Bolqarıstan müdafiəçisi Atanas Çernev tərəfindən öz qapısına göndərilib.

Bu nəticə ilə Türkiyə millisi xallarını 12-yə çatdıraraq qrupda ilk iki yerdən birini təmin edib. Bolqarıstanın isə xalı yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?