Levandovskinin qərarını gözləyir - Türkiyənin nəhəng klubu

14 Noyabr 01:40 Türkiyə 502
Levandovskinin qərarını gözləyir - Türkiyənin nəhəng klubu

“Barselona”nın hücumçusu Robert Levandovskinin agenti “Fənərbaxça” ilə potensial transfer mövzusunda görüş keçirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu hazırda polşalı futbolçunun qərarını gözləyir.

37 yaşlı forvard Türkiyədə karyerasını davam etdirməyə müsbət yanaşsa, “Fənərbaxça” rəsmi təklifini mövsüm bitmədən təqdim edə bilər.

Levandovskinin “Barsa” ilə müqaviləsinin müddəti yayda başa çatacaq. O, cari mövsümdə klub səviyyəsində 11 oyunda iştirak edib, 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti