Maliyyə öhdəliklərini yerinə yetirmədi, 3 xalı silindi

8 Dekabr 2024 00:20 Türkiyə 567
Maliyyə öhdəliklərini yerinə yetirmədi, 3 xalı silindi

Türkiyə Super Liqasında çıxış edən “Adana Demirspor” cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib.

Cəzanın verilməsinə səbəb Adana təmsilçisinin maliyyə öhdəliklərini yerinə yetirməməsidir. Klub ona verilən vaxtda yaranmış problemi həll edə bilməyib.

Bu səbəbdən TFF “Adana Demirspor”un 3 xalının silinməsinə qərar verib.

Klub 13 oyundan 2 xalla Superliqada 18 komanda arasında sonuncu yeri tuturdu. Qərar qüvvəyə mindikdən sonra onların xalı -1 olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM