COP29

Ramil Şeydayevin baş məşqçisini istefaya göndərdilər

13 May 01:00 Türkiyə 332
Ramil Şeydayevin baş məşqçisini istefaya göndərdilər

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti xəbər yayıb.

Gürselin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilib.

"Kocaelispor" 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.

M.Gürsel bu il fevralın 20-də "Kocaelispor"a baş məşqçi təyin edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"