Türkiyə millisi almaniyalı baş məşqçisi ilə vidalaşdı

20 Sentyabr 18:20 Türkiyə 303
Türkiyə millisi almaniyalı baş məşqçisi ilə vidalaşdı

Türkiyə Futbol Federasiyası Ştefan Kuntsla yollarını rəsmən ayrılıb.

Sportinfo.az xəbər verir ki, almaniyalının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

60 yaşlı məşqçi 2021-ci ilin sentyabrından Türkiyə millisinə baş məşqçi təyin edilmişdi.

Yığma onun rəhbərliyi altında 20 matçda 12 qələbə qazanıb, 5 dəfə məğlub olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti