Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi - Avcı gətirilir?

4 May 2023 10:00 Türkiyə 1 204
Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi - Avcı gətirilir?

Türkiyə milli komandasının baş məşqçisi Stefan Kunts istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onu Abdullah Avcının əvəzləyəcəyi bildirilib. İddiaya görə, məşqçilər heyətində yığmanın sabiq futbolçuları Burak Yılmaz və Egemen Korkmaz da yer alacaqlar.

Stefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisinə başçılıq edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!