“Real”ın sabiq forvardı Super Liqada çıxış edəcək

30 İyun 2022 12:20 Türkiyə 481
“Real”ın sabiq forvardı Super Liqada çıxış edəcək

“Ankaragücü” heyətini yeni legionerlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa klubu “Real” və PSJ-nin sabiq hücumçusu Xese Rodriqesi heyətinə qatıb.

29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Madrid “Real”ının yetirməsi olan Xese, bu komandada 5 il forma geyindikdən sonra 25 milyon avroya PSJ-yə transfer olunmuşdu.

İspan futbolçunun sonuncu komandası “Las Palmas” olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu