Sabiq "Qarabağ"lıdan "Fənərbağça"ya FANTASTİK QOL - VİDEO

23 Yanvar 2022 20:20 Türkiyə 1 442
Sabiq "Qarabağ"lıdan "Fənərbağça"ya FANTASTİK QOL - VİDEO

"Qarabağ"ın sabiq legioneri Pedro Enrike Türkiyə Super Liqasının tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, hazırda "Sivasspor"da çıxış edən braziliyalı yarımmüdafiəçi buna "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə etdikləri XXIII tur oyununda fərqlənməklə nail olub.

74-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan 32 yaşlı oyunçu İstanbul təmsilçisinə qarşı oynadığı son 3 matçın hamısında rəqibi məyus edib.

"Sambaçı" bu qollardan birini "Kayserispor"un, ikisini isə "Sivasspor"un heyətində vurub.

Enrike həmçinin Superliqada ilk dəfə cərimə zərbəsindən fərqlənib.

Pedro Enrike "Qarabağ"da 2017/2018 mövsümündə icarə əsasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti