Transfer qadağası qoyuldu - 100 min avroluq borca görə

15 Oktyabr 2021 12:00 Türkiyə 699
Transfer qadağası qoyuldu - 100 min avroluq borca görə

“Hatayspor”a transfer qadağası qoyulub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.

Transfer qadağasının qoyulmasına klubun sabiq futbolçusu David Akintolaya olan 100 min avroluq borc səbəb olub.

Qadağa yalnız bu məbləğ tam ödənildikdən sonra aradan qaldırılacaq.

Akintola 2020/2021 mövsümündə “Hatayspor”da çıxış edib. Nigeriyalı yarımmüdafiəçi iyulda “Adana Demirspor” klubuna keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti