Bakıda 2 qol vuran ulduz: “Türkiyə yığmasının zamana ehtiyacı var”

23 İyun 2021 13:50 Türkiyə 1 000
Bakıda 2 qol vuran ulduz: “Türkiyə yığmasının zamana ehtiyacı var”

İsveçrə millisinin yarımmüdaffiəçisi Cerdan Şakiri AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Türkiyə yığmasını Bakıda məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, BOS-da 2 qol vurduğu və 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Türkiyənin zəif tərəflərini bilirdik. Onların üstünə getdik və qələbə qazandıq. Türkiyə yığması uzun müddət idi ki, böyük turnirlərdə oynamırdı.

Gənc heyətləri var. Türkiyə yığmasının zamana ehtiyacı var. Növbəti turnirlərdə daha yaxşı olacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti