Bu futbolçular "Qəbələ"yə qarşı oynamayacaq

13 Aprel 01:10 Turan 545
Bu futbolçular "Qəbələ"yə qarşı oynamayacaq

Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qəbələ” və “Turan-Tovuz” meydana itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin heyətində dörd futbolçu olmayacaq.

Zurab Oçiqava və Murad Musayev diskvalifikasiyaya görə, Ahmed Ayzaya və Ülvi İsgəndərov isə zədə səbəbindən oynaya bilməyəcək.

“Turan Tovuz”da isə Alexandro Serrano cəzalı, Veysəl Rzayevlə Roderik Miller isə zədə səbəbindən “Qəbələ”yə qarşı matçı buraxacaq.

“Qəbələ” – “Turan Tovuz” matçı aprelin 13-də Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə 16:30-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti