COP29

Əsas sima Berdıyevdən bir həftə vaxt istədi – Türkiyəyə gələcək

9 İyul 20:40 Turan 1 327
Əsas sima Berdıyevdən bir həftə vaxt istədi – Türkiyəyə gələcək

“Turan Tovuz”un aparıcı müdafiəçilərindən olan Roderik Millerlə bağlı müəmma aradan qalxıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu yaxın günlərdə kollektivə qoşulacaq.

Panama millisinin heyətində Amerika kubokunda iştirak etdiyinə görə qərb təmsilçisinin məşqlərinə qatılmayan Miller baş məşqçidən bir həftəlik icazə alıb.

Çempionat başa çatandan sonra istirahət etməyə imkan tapmayan panamalı 6-7 gün dincəlmək üçün xahiş edib, müraciəti nəzərə alınıb.

Odur ki, müdafiəçi iyulun 15-i, ya da 16-da komandanın Türkiyə toplanışına qoşulacaq.

Maraq üçün bildirək ki, Roderik Millerin “Turan Tovuz”la müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti