İDDİA: “Çempionatda bizdən güclü komanda yoxdur"

5 Aprel 23:00 Turan 759
İDDİA: “Çempionatda bizdən güclü komanda yoxdur"

Premyer Liqanın 29-cu turunun ən maraqlı qarşılaşmalarından biri Tovuzda baş tutacaq.

Qış fasiləsindən sonra özünə gələrək üst pillələrdə qərarlaşan “Sabah” cari mövsümdə ev komandası kimi tanınan “Turan Tovuz”un qonağı olacaq.

İşin maraqlı tərəfi bölgə təmsilçisinin bu rəqibini doğma meydanda məğlub edə bilməməsidir.

2022-ci ilin yayından bu yana Tovuzda baş tutmuş üç oyunun hamısında “tələbələr” qalib gəlib. Odur ki, şənbə günü keçiriləcək oyun xüsusi önəm daşıyacaqş.

Komandanın toqolu mərkəz müdafiəçisi Emanuel Hakman Sportinfo.az-a bu matçla bağlı danışıb:

“Mənə görə çempionatda bizdən güclü komanda yoxdur. Ona görə də biz rəqiblərdən yox, rəqiblər bizdən ehtiyatlanmalıdır. Gücümüzə inanaraq deyirəm ki, “Sabah” üçün Tovuzda çətin olacaq.

Yaxşı futbol oynayıb, qələbə qazanıb, azarkeşlərimizi sevindirəcəyimizə inanıram”.

Aprelin 6-da keçiriləcək “Turan Tovuz” – “Sabah” qarşılaşması saat 16:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti