Ayxan Abbasov sabiq komandasına bu cür dəstək oldu

19 Mart 2023 23:00 Turan 786
Ayxan Abbasov sabiq komandasına bu cür dəstək oldu

“Turan Tovuz” “Səbail” səfərindən vacib bir xalla qayıtmağı bacardı.

Halbuki ilk hissədəki gedişat məğlubiyyətdən xəbər verirdi.

Sanki qonaqlarda nəsə alınmırdı. Meydan sahibləri öncə hesabı açdı, ardınca bir neçə real qol epizodu yaratdı.

Amma fasilə ərəfəsində gələn qol və fasilədə Ayxan Abbasovun tapşırıqları oyunu xilas etməyə yetərli oldu.

Hətta bir qədər diqqətli olsaydılar qələbə qolunu da vura bilərdilər.

Lakin bir xal da qərb təmsilçisi üçün qənaətbəxş hesab oluna bilər. Çünki sonuncu pillə ilə aradakı xal fərqi 10 olaraq yerində qaldı.

Abbasov bu oyunu uduzmamaqla özündən çox sabiq komandası “Sumqayıt”a kömək etmiş oldu. Çünki məğlub olsalar belə ən azı 7 xallıq fərq yenə vardı.

Və bu kifayət qədər yaxşı fərqdir. Amma “Səbail” qələbə qazansa “Sumqayıt”la xal fərqi birə enəcəkdi.

Sonuncu pillənin nəfəsi daha yaxından hiss olunacaqdır.

Bir sözlə, fasilə ərəfəsində “kimyaçılar” nisbətən rahat nəfəs aldığı üçün Ayxan Abbasovun yetirmələrinə minnətdar ola bilər.

Amma nisbətən. Tam olması üçün özləri də ən azı onlar qədər əsas rəqiblərlə vuruşmalı, mübarizə aparmalı, ən pis halda məğlub olmamalıdır.

Əks halda, birinc divizion çox yaxın görsənir!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!