Albaniyalı forvard "Turan Tovuz"da - RƏSMİ

22 Yanvar 2023 14:40 Turan 962
Albaniyalı forvard "Turan Tovuz"da - RƏSMİ

"Turan Tovuz" növbəti transferi həyata keçirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi Belaydi Pusi ilə anlaşıb.

Albaniyalı hücumçu ilə 6 ay+1 il müddətində rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

"Vlajniya" yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq "Skenderbeu"nun formasını geyinib.

O, bu mövsüm meydana çıxdığı 12 oyunda, 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti