COP29

Azərbaycanlı iş adamı kisənin ağzını açacaq, kluba milyonlar xərcləyəcək

12 İyun 15:00 Turan 5 088
Azərbaycanlı iş adamı kisənin ağzını açacaq, kluba milyonlar xərcləyəcək

Kurban Berdiyevin Azərbaycanda çalışmağa razılıq verməsi hadisədir.

Prosesə haradan baxsan, bu, belədir.

Berdiyev Rusiya futbolunun afsanəsidir. Keçmişində Çempionlar Liqası var, «Rubin»lə «Barselona» üzərində qazandığı qələbə var. Və daha nələr, var.

Ehtiram Quliyev onu Azərbaycana gəlməyə razı sala bilibsə, deməli, həqiqətən «Turan Tovuz»u avrokuboklarda görməyə israrlıdır. Yoxsa türkmən kökənli baş məşqçini bura gətirməkdən ötrü əlini daşın altına qoymazdı.

Berdiyev həqiqətən yüksək ödənişli mütəxəssisdir, tələbkardır. Yaşı o yaş deyil, quru vədlərə inanıb gəlməz. İstəkləri çox, şərtləri ağırdır.

Üç-beş milyon büdcəsi olan klubda heç vaxt işləməz, razılıq verməz. Gəlməyə «ok» deyibsə, mütləq ki, iş adamının özüylə görüşüb danışıb, şərti şumda kəsib, istəkləri yerinə yetirilib.

Bildiyimə görə, ona son vaxtlara kimi müzətlif ölkələrdən təkliflər olub. Qazaxıstandan, İrandan, Özbəkistandan, Qətərdən, Səudiyyə Ərəbistanından, hətta Çindən…

Rusiya heç də, buradan dəvətləri həmişə var.

Amma o, bu ilin yanvarında ayrıldığı Mahaçqala «Dinamo»sundan sonra 5 ay karyerasında taym-aut götürübsə, yekunda Azərbaycanda çalışmağı məqbul hesab edibsə, demək ki, «Turan Tovuz» büdcə sarıdan sıçrayış eləyəcək.

Ehtiram Quliyev ötən ilyarımda 2-3 milyon manat xərcləmişdisə, indi azından 5-10 milyon əlavə məsrəfə qatlanacaq.

O, iş adamıdır, pulunun qədrini biləndir.

Topladığı pulu küçədən yığmayıb və Berdiyevlə anlaşmaqla, adamı Tovuzda çalışmağa razı salmaqla, klubun həyatında yeni mərhələnin əsasını qoymaq kimi bir fikri var.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti