"Təhlükə qalsa, ləğv ediləcək"

4 May 2020 10:20 Paris-2024 997
"Təhlükə qalsa, ləğv ediləcək"

2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları ləğv oluna bilər.

Sportinfo.az xəbər verir ki, bunu yarışın Təşkilat Komitəsinin prezidenti Yoşiro Mori açıqlayıb.

O bildirib ki, Olimpiadanın təxirə salınmasına səbəb olan koronavirus pandemiyası nəzarətə götürülməsə dördilliyin mötəbər yarışı ləğv olunacaq. Onun sözlərinə görə, 2021-ci il iyulun 23-də start götürməli olan yarış yenidən təxirə salınması mümkün deyil:

“Əgər pandemiya təhlükəsi qalsa, Olimpiada 2022-ci ilə təxirə salınmayacaq. Belə olan halda yarış ləğv ediləcək. Oyunlar indiyədək yalnız müharibə illərində ləğv olunub. də görünməyən düşmənlə döyüşdür. Əgər virusun qarşısı alınsa, Olimpiadanı gələn ilin yayında təşkil edəcəyik. Bütün insanlar buna ümid edir”.

Yaponiya Tibb Assosiasiyasının Olimpiadanın gələn il keçirilməsinin çox çətin olacağı ilə bağlı xəbərdarlıq edib. Qurumun rəhbəri Yositaki Yokokura bunun ağır olacağını bildirib: “Deməzdim ki, Olimpiadanı keçirmək olmaz. Amma bu çox çətin olacaq”.

2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020-nin 2021-ci il iyulun 23-dən avqustun 8-dək baş tutması planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu