"Mançester Yunayted"in ulduzu Bakıda mətbuat konfransına butsla gəldi

16 Noyabr 2023 09:20 Milli komanda 862
"Mançester Yunayted"in ulduzu Bakıda mətbuat konfransına butsla gəldi

İsveç millisinin kapitanı Viktor Lindelöf Avro-2024-üç seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə danışıb.

Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted"in müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb:

- Mətbuat konfransına butsla gəlmisən. Bunun səbəbi nədir?

- Paltardəyişmə otağında kimdə mənə dedi ki, butsları özümlə aparım.

- Respublika Stadionu Azərbaycan millisi üçün uğurlu arenadır, burada milliyə böyük dəstək olur. Buradakı ab-hava haqda məlumatın var?

- Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Amma biz daha əvvəl bir neçə yaxşı komandaya qarşı oynamışıq. Düşünmürəm ki, azarkeş amili bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də oyunu səbrsizliklə gözləyirik.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"