"Sumqayıt"ın Vüqarı: "Bizim üçün 1 xal da yaxşı nəticədir"

9 Dekabr 2019 14:03 Sumqayıt 537
"Sumqayıt"ın Vüqarı: "Bizim üçün 1 xal da yaxşı nəticədir"

"Sumqayıt"ın yarımmüdafiəçisi Vüqar Mustafayev Sportinfo.az saytına açıqlama verib verib.

Premyer Liqanın 14-cü turunun "Qəbələ" ilə oyununu (1:1) dəyərləndirən 25 yaşlı futbolçu 2 nəfər azlıqda qalan rəqib üzərində qələbə qazana bilməmələrinin səbəbini açıqlayıb.

Mustafayev həmçinin qış fasiləsinə 4-cü pillədə yollanmalarını yaxşı nəticə hesab etdiyini deyib: "Yaxşı hazırlaşmışdıq, dövərinin son görüşündə qələbə qazanmaq istəyirdik. Həm də doğma meydanda çıxış etdiyimiz üçün azarkeşlərimizi sevindirməyə çalışırdıq. Təəssüf, qalib gələ bilmədik. Futboldur, rəqib azlıqda qalsa da, qol vura bilmədik, olur belə hallar. Əsas odur uduzmadıq və turnir cədvəlindəki mövqeyimizi qoruduq. Fasilədən lazımınca istifadə edib üçüncü dövrəyə daha yaxşı hazırlaşacağıq".

Mustafayev matçdan sonra qanı qaralmış klub prezidenti Riad Rəfiyevin onlara heçnə demədiyini, əksinə baş məşqçi Ayxan Abbasovun futbolçulara təşəkkür etdiyini bildirib: "Riad müəllim, paltardəyişmə otağına girmədi. Baş məşqçimiz oyuna görə bizi təbrik etdi. Futbolda belə şeylər çox olur. Rəqib qrımızı vərəqə almasaydı, uduza da bilərdik. Əsas odur, 1 xal qazandıq. Bu bizim üçün yaxşıdır".

Yarımmüdafiəçi 9 nəfər qalan komandaya qol vura bilməmələrini bu cür izah edib: "Əksinə, rəqib meydanda azlıqda qalandan sonra sənə olan təzyiq bir az da artır. Adam fikirləşir ki, birdən azlıqda qalan rəqibdən qol buraxıb uduzar, onda ümumiyyətlə yaxşı olmaz. Adamda istər-istəməz belə fikirlər yaranır ki, 9 nəfərlə qalan komandadan qol buraxarıq. Belə hallar oyuna, futbolçulara təsir edir. Alınmadı. Bu dəqiqə 1 xal da bizim üçün yaxşı nəticədir".

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!