“Sumqayıt”da qalmadı, üzünü Hindistana tutdu - RƏSMİ AYRILIQ

11 Avqust 02:20 Sumqayıt 570
“Sumqayıt”da qalmadı, üzünü Hindistana tutdu - RƏSMİ AYRILIQ

Nikola Ninkoviç "Sumqayıt"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki "kimyaçılar"la müqaviləsi başa çatan serbiyalı yarımmüdafiəçi Hindistanda çıxış edəcək.

31 yaşlı futbolçu “Nort İst Yunayted”lə bir illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nikola Ninkoviç ötən mövsümün əvvəlndə “Tekstilaç”dan “Sumqayıt”a keçmişdi.

O daha əvvəl “Cenoa”, “Partizan”, “Kyevo”, “Empoli”, “Breşiya”, “Torpedo”(Kutaisi) kimi klublarda da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM