COP29

"Bu, Konfrans Liqasına vəsiqə qazanmaq yolunda bizim əsas silahımız idi"

4 İyun 22:20 Sumqayıt 728
"Bu, Konfrans Liqasına vəsiqə qazanmaq yolunda bizim əsas silahımız idi"

"Sumqayıt"ın vitse-kapitanı Elvin Bədəlov Sportinfo.az-a müsahibə verib.

- Konfrans Liqasına vəsiqə qazana bildiniz. Bu uğuru necə şərh edərdin?

- Əlbəttə, çox sevinirik. Sumqayıt şəhərini yenidən Avropada görməyə nail olduq. Bunun üçün çox əziyyət çəkdik. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı.

- "Qəbələ" ilə çox əhəmiyyətli son oyunu kənardan izləməli oldun. 90 dəqiqə sənin üçün necə keçdi?

- Uzun müddətdir belə stressli matç izlədiyim olmamışdı. Meydanda olanda bu qədər çətin olmur. Həm digər matçları izləyirdim, həm də öz oyunumuza baxırdım. Çox emosianal bir gün idi. Uşaqlar çox vacib qələbə qazandılar.

- Xüsusilə son turlar çox enişli-yoxuşlu yollardan keçdiniz. Nə zamansa avrokuboklardan kənarda qalmaq qorxusu hiss etdin?

- Məncə, tək biz yox, digər klublarda da qeyri-stabillik vardı. Heç kim səhv etmək istəmirdi. Bizim üstünlüyümüz onda idi ki, qarşımıza avrokuboklar məqsədi qoyulmamışdı.

- Səncə, uğura gedən yolda "Sumqayıt"ın əsas silahı nə oldu?

- Mövsüm boyu çox əziyyət çəkdik. Yaxşı və pis günlərdə bir olduq. Yıxılanda tez ayağa qalxmasını bildik. Bu birlik bizim silahımız idi. Buna görə bütün komanda üzvlərinə çox sağ ol düşür.

- Azarkeşlər Avropada sizdən nə gözləsin?

- Azarkeşlər hər zaman maksimumun istəyir. Amma reallıq var. Əlbəttə, onları sevindirmək üçün çox çalışacağıq. Məqsədimiz onları bizdə razı salmaqdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?